Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın müdafiə naziri İrana səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Azərbaycanın müdafiə naziri İrana səfər edəcək


Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin gələn ilin əvvəllərində İrana səfəri planlaşdırılır.

Bu barədə İRNA agentliyinə açıqlamasında Azərbaycanın İrandakı hərbi attaşesi Mehman Süleymanov bildirib.

Səfər çərçivəsində müxtəlif regional və ikitərəfli məsələlərin müzakirə olunacağını deyən hərbi attaşenin sözlərinə görə, rəsmi Bakı Tehranla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

M. Süleymanov İranın müdafiə naziri, geneal-mayor Əhməd Vahidinin Azərbaycana son səfərini müdafiə sahəsində gələcək ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım adlandırıb.

Geri dön