Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ölkədə elə məsələlər var ki, orada müxalifət-iqtidar olmur” MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ölkədə elə məsələlər var ki, orada müxalifət-iqtidar olmur” MÜSAHİBƏ

Fərəc Quliyev: “Ölkədə elə məsələlər var ki, orada müxalifət-iqtidar olmur” MÜSAHİBƏ


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyevin SƏS TV-yə müsahibəsi:

- Fərəc müəllim, yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Həmin iclasda Prezident çıxışı zamanı 2014-cü ili “Sənaye ili” elan etdi. Sizcə, 2014-ci ildə ölkəmizdə sənayenin inkişafı istiqamətinda daha hansı uğurlara nail olmaq mümkün olacaq?

- Azərbaycan dövləti öz iradəsindən asılı olmayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə qarşı-qarşıya olduğuna görə və ədalətsiz müharibəyə uğradığından təbii ki, bizim ehtiyyatlarımızın böyük hissəsi orduya sərf olunur. Bu ehtiyyatlar, hərbi hazırlıqla yanaşı, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş insanların taleyi ilə bağlı görülən işlərə sərf edilir. Azərbaycan son illər günü-gündən daha da inkişaf edir. Biz hətta çalışırdıq və Dövlət büdcəsinin müzakirəsi zamanı da səy göstərirdik ki, Azərbaycanın neftdən asılılığı minimuma endirilsin. Bununla da Dövlət büdcəsinin gəlirlərini neft vəsaitlərini daha çox qeyri-neft sektoruna sərf edilməklə ölkəmizin digər sahələri – kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi ilə təmin etməyə çalışırdıq. Təbii ki, cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı da bu istiqamətə yönəlmiş prioritet məsələdir. Bu, çox ciddi bir məsələdir ki, artıq ölkəmiz tədricən qeyri-neft sektoruna üstünlük verməklə, Azərbaycanın neftdən asılılığını minimuma endirir. Neft sənayesindən başqa digər sənaye sahələrinin inkişafı həm ölkəmizdə əyalətin inkişafına, həm də yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Məsələ burasındadır ki, biz uzun müddət xammal satmaq əvəzinə indi yarımfabrikatlar və son məhsulu satmalı olacayıq. Bu, çox normal bir addımdır. Bu mənada mən dövlət başçısı tərəfindən atılan bu addımı bəyənir və təqdir edirəm.

- Prezident Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib problemin tezliklə həll olunması işğalçı ölkənin məsələlərə realist yanaşması nətcəsində mümkün ola bilər. Siz bu barədə nə deyə bilərsiniz?

- Ölkədə elə məsələlər var ki, orada müxalifət-iqtidar olmur. Hətta ölkədən kənarda olan vətəndaşlar belə bu məsələlərdə vahid mövqe qoymalıdırlar. Biz Dağlıq Qarabağ münaqişəsinin həllini ancaq daxili resurslarımıza söykənərək həll edə bilərik. Cənab Prezident İlham Əliyev həm özünün andiçmə mərasimində, həm də son çıxışlarında çox ciddi mesajlar verdi. Bu mesajlardan ən önəmlisi bu idi ki, biz nəinki Dağlıq Qarabağı eləcə də tarixən itirdiyimiz bütün torpaqları qaytarmağı başlıca hədəf kimi qarşımıza qoymalıyıq. Təbii ki, bu da çox normal yanaşmadır. Cənab Prezident bütün çıxışlarında, siyasətində daxili güclərə söykənərək, milli məsələlərimizi ortaya qoyaraq öz gücümüzlə torpaqlarımızı qaytarmağı qarşıya əsas prioritet qoyub. Burada başqa çərçivədən söhbət gedə bilməz. Rəsmi Bakı mütəmadi olaraq bəyan edib ki, əgər BMT TŞ-nın 4 qətnaməsi həyata keçirilərsə və Ermənistan işğal olunmuş ərazilərdən çəkilərsə bu zaman Dağlıq Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların da taleyi ilə bağlı Azərbaycan Konstitusiyasında nəzərdə tutulan bütün tədbirlər görülə bilər. Biz bu çərçivəni (iqtidarda və müxalifətdə olanlar) qəbul edirik. Məni təəssüfləndirən amil odur ki, həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də digər qurumlar təcavüzə uğrayanla təcavüz edən arasında bərabərlik işarəsi qoyurlar. Təbii ki, bu normal yanaşma deyil. Azərbaycan Prezidenti də bunu bəyənmədiyini dəfələrlə bildirib. Ölkə rəhbəri hər dəfə deyib ki, biz danışıqların sülh, dinc yolla həllinin tərəfdarıyıq. Bu olmayacağı təqdirdə isə müharibə variantı qaçılmazdır.

- Bu arada Ermənistan mətbuatında belə bir fikir səsləndirilir ki, onlar 2023-cü ilə kimi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu olduğu kimi saxlamaq iddiasındadırlar. Guya ki, həmin tarixə qədər Azərbaycan nefti tükənə bilər və nəticədə münaqişə Ermənistan tərəfinin xeyrinə həll oluna bilər?

- İlk növbədə Ermənistanın forpost, qoltuqaltı dövlət və Rusiyanın əyaləti olduğunu hər kəs qəbul edib. Gəlin, bir anlıq Azərbaycanda keçirilən son Hərbi parada diqqət yetirək. Burada Azərbaycan öz istehsalı olan silahlarla, hərbi maşını, bayrağı və əsgəri ilə Azadlıq meydanından keçirdi. Amma Ermənistanda keçirilən Hərbi paradda ermənilər Rusiya maşını üzərində rus bayrağı, əsgəri və rus istehsalı olan silahla keçirdi. Bu, müqayisə üçün kifayət edən bir məsələdir. Bu gün Azərbaycanın nefti olmasa belə, təkcə son dövrdə ölkəmizin rabitə sahəsindəki inkişafı və ölkəmizin peyki olan dövlətlərə qoşulması uğurlu bir göstərici kimi qiymətləndirilə bilər. Bütün bunlara baxmayaraq biz demirik ki, neftimiz və yaxud da qazımız tükənib. Təbii ki, bunların hər biri absurd məsələlərdir. Fakt odur ki, Ermənistanı tərk edənlərin sayı günü-gündən artır. Əgər bir günlük rəsmi Moskva öz əlini Ermənistanın üzərindən çəksə, bu zaman işğlaçı ölkə fiaskoya uğrayar. Gec, ya da tez bu baş verəcək. Ölkəmiz kifayət qədər güclüdür və haqlıdır. Onun dünyada imici daha da möhkəmlənib və iqtisadi göstəriciləri artıb. Hesab edirəm ki, yaxın gələcəkdə biz bu problemi tezliklə həll edəcəyik.

- Son olaraq Azərbaycanda radikal müxalifət arasındakı çaxnaşmalara, parçalanmalara diqqət çəkmək istərdim. Müxalifət liderlərinin bir-birinə qarşı ittihamlarını, sərsəm bəyanatlarını necə xarakterizə edərdiniz?

- Bilirsiniz, bu təsnifatda bir qədər yanlışlıqlar mövcuddur. Əslində müxalifət dedikdə, dövlətə müxalif olmaqla hakimiyyətə müxalif olmaq fərqli məsələlərdir. Müxalifətçilik alternativ proqram təklif etməkdir və xalqın dərdi ilə dərləşmək, eləcə də xalqın dərdini xalqla həll etməkdir. “Milli Şura” açıq şəkildə ermənilərdən, ATƏT-in Minsk qrupundan fərqli olmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ortaya qoydu. Bununla bağlı Ermənistanın “Qardian" qəzetində yazılar getdi və s. Hətta bununla belə milli azlıqları Azərbaycana qaldırmaq cəhdləri, Şuşada televiziya radisounun açılması və s. məsələlər onu göstərdi ki, Azərbaycanda özünü müxalifət kimi imitasiya edən qüvvələr Milli Demokratik düşərgə deyillər. Biz bütün davranışımız, fəaliyyətimizlə bu cür insanlara düz 10 ildir ki, cavab veririk.

Ceyhun Rasimoğlu "səs" qəzeti

Geri dön