Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı İrana qarşı sanksiyaları yanvarın 20-də ləğv edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Avropa İttifaqı İrana qarşı sanksiyaları yanvarın 20-də ləğv edəcək

Avropa İttifaqı İrana qarşı sanksiyaları yanvarın 20-də ləğv edəcək


Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları yanvarın 20-də ləğv edəcək.

“Fars” xəbər agentliyinin verdiyi xəbərə görə, Aİ rəsmiləri arasında bununla bağlı razılıq əldə olunub.

Aİ Cenevrə razıalşmasına uyğun olaraq 6 ay müddətinə İranın neft, sığorta və neft-kimya sektoruna, o cümlədən qızıl və digər qiymətli metalların mübadiləsinə tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.

Qeyd edək ki, İranla “altılıq” ölkələri Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramının yanvarın 20-dən icrası barədə razılığa gəlib. Beləliklə, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq. İran isə uranın 20% zənginləşdirilməsini təxirə salacaq, həmçinin hazırda əlində olan 196 kq uranın yarısını oksidləşdirəcək, yarısını da azaldacaq. Eyni zamada İranın ölkə xaricindəki dondurulmuş 4,2 milyard dolları 6 ay müddətində azad ediləcək.

Geri dön