Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ən məhsuldar futbol hücumçularının adları açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Dünyanın ən məhsuldar futbol hücumçularının adları açıqlanıb

Dünyanın ən məhsuldar futbol hücumçularının adları açıqlanıb


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cu ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb.Məlumatına görə, tərtib edilən cədvələ milli komanda və qitə kuboklarında üst-üstə 10 və daha çox qol vuran futbolçular düşüb.


Siyahıya portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir. Yığmada 9 dəfə fərqlənən hücumçu Madridin “Real” klubunda 16 qol vurub. Ronaldonun ən yaxın izləyicisi Maldiv adalarından Əli Əşrəfdir. Millidə 14 dəfə qol sevinci yaşayan futbolçu yerli “New Radiant”da 9 dəfə rəqib qapısına yol tapıb. İlk “üçlüyü” isə tunisli İssam Cemaa qapayıb. O, 4 dəfə yığması ilə, 16 dəfə “Küveyt” (Küveyt) klubu ilə fərqlənib.



Siyahıda ümumilikdə 30 futbolçunun adı yer alıb.

Qeyd edək ki, ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın braziliyalı legioneri Reynaldondur. O, avrokuboklarda 5 qol vurub.

Geri dön