Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı


Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam ilə "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib.

Geri dön