Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astanada Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Astanada Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası başlayır

Astanada Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası başlayır


Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.



Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulur.

Geri dön