Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Barak Obama İrana şərt qoyur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Barak Obama İrana şərt qoyur

Barak Obama İrana şərt qoyur


Yanvarın 28-i ABŞ Konqresində çıxış edən prezident Barak Obama İranın nüvə problemindən və onun həlli məsələsindən danışıb.
Obama deyib ki, Cenevrədəki nüvə razılaşmasından sonra İranın nüvə probleminin həlli üçün əlverişli şərait yaranıb: “Bu gün İranın nüvə probleminin müharibəsiz həlli üçün fürsət var. İran yaranmış bu fürsətdən istifadə etməsə, mən bu ölkəyə sanksiyaların daha da gücləndirilməsini tələb edən ilk şəxs olacağam. Əgər İran rəhbərləri problemin həlli üçün bu fürsətdən istifadə edə bilsələr, o zaman onlar dünya birliyinə qayıtmaq üçün mühüm addım atmış olacaqlar. Belə olan halda isə biz dövrümüzün təhlükəsizliklə bağlı ən mühüm problemlərindən birinin həllinə nail olmuş olacağıq”.

5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

Geri dön