Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin baş katibi Beynəlxalq Əlillər Günü münasibətilə müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > BMT-nin baş katibi Beynəlxalq Əlillər Günü münasibətilə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Əlillər Günü münasibətilə müraciət edib


BMT-nin baş katibi Pan Gi Mun 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə müraciət edib.
Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən bildiriblər.
Müraciətdə vurğulanır ki, Birləşmiş Millətlər Təşkilatının “Tam iştirak və bərabərlik” mövzusu çərçivəsində ilk Beynəlxalq Əlillər Gününü qeyd etməsindən 30 il keçir. Getdikcə daha çox ölkə əlilliyi olan şəxslərin hüquqlarını qorumaq və təbliğ etmək haqqında öhdəliklər götürür. Lakin problemlər hələ də mövcuddur.
Müraciətin sonunda deyilir ki, belə gündə hökumətləri, vətəndaş cəmiyyətini və dünya ictimaiyyətini davamlı və ədalətli inkişafa nail olmaq naminə əlilliyi olan şəxslər üçün və onlarla birgə çalışmağa çağırıram.

Geri dön