Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan taekvondoçuları İsveçdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan taekvondoçuları İsveçdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Azərbaycan taekvondoçuları İsveçdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar


Gənc taekvondoçular arasında ənənəvi “Trelloborq Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilin ilk beynəlxalq yarışı Azərbaycan millisi üçün uğurlu alınıb.



İsveçdə baş tutan Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli turnirində taekvondoçularımız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.



Belə ki, komandamızın heyətində Məhəmməd Məmmədov (55 kq), Kamil Abdulrazakov (51 kq) və Anar Mehdiyev (45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Səid Quliyev (78 kq) gümüş medalla kifayətlənib. Əli İsazadə (45 kq) və Fizam Mehdiyev (51 kq) isə bürünc medala sahib olublar.

Geri dön