Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qadın güləşçilərimiz Paris Qran Prisində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Qadın güləşçilərimiz Paris Qran Prisində

Qadın güləşçilərimiz Paris Qran Prisində


Fevralın 8-9-da Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıblar.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov iştirak edəcək.

Geri dön