Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə, Hərb > Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib

Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib


Ötən ay Dövlət Sərhədi Xidməti (DSX) axtarışda olan 187 nəfəri aşkar edib.


DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, xidmət tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.



Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb, onların 14 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.



Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarını tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyətı orqanlara təhvil verilib.



Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Geri dön