Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi


Bu gün 13 fevral 2014-cü il tarixində MDHP sədri, Millət vəkili Fərəc Quluyev Almaniyada yaşayan, dünya şöhrətli, tanınmış Azərbaycan Respublikasının əməkdar rəssamı Əşrəf Heybətovu qəbul etdi. Əşrəf Heybətov YUNESKO ressamlar federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət xadimləri Assosiasiyasının sədridir. Xaricdə Azərbaycanı layiqincə təmsil edən ziyalımız Almaniya ressamlar birliyinin, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, eyni zamanda “Sülh səfiri”dir. Fərəc bəy görüş zamanı xalqımızın, dövlətimizin beynəlxalq aləmə təqdim olunmasında rəssamlığın özünəməxsus rolunu və Əşrəf bəyin əsərlərində vətənimizin, xalqımızın ictimai-siyasi həyatına aid lövhələrinin əhəmiyyətini qeyd etdi. Görüşdəki müzakirələrdən məmnun qalan Əşrəf bəy öz yaradıcılığında Azərbaycan dəyərlərini daha geniş şəkildə dünyaya təqdim edəcəyini bildirdi. Eyni zamanda, əməkdar rəssam Fərəc bəyin uzun illərdən bəri Azərbaycan dövlətçiliyi uğurunda yorulmaz mübarizəsini və bu yolda bütün çətinliklərə baxmayaraq sarsılmaz iradə nümayiş etdirdiyini yüksək qimətləndirərək MDHP sədrinə bu müqəddəs yolda uğurlar arzulayaraq əlavə etdi ki, sizin xalqımıza və dölətimizə etdiyiniz xidmətlərdən vətəninə və millətinə bağlı olan insanların kifayət qədər məlumatları var.
Görüşün yekununda Fərəc bəy hal-hazırda Almaniyada yaşayan rəssam Əşrəf bəyə müxtəlif dövrlərdə yazmış olduğu milli mübarizə tarixinə aid kitablarını hədiyyə verdi. Görüş xatirə fotoları çəkilərək, xoş təəssuratla yekunlaşdı.
MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi

MDHP sədri Mİllət Vəkili Fərəc Quliyev Almaniyada yaşayan dünya şöhrətli rəssam Əşrəf Heybətovu qəbul etdi


MDHP mətbuat xidməti.

Geri dön