Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hikmet Eren: Qafqazda bir yerdə alov yanarsa, bütün bölgəni bürüyər- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Müsahibə > Hikmet Eren: Qafqazda bir yerdə alov yanarsa, bütün bölgəni bürüyər- Müsahibə

Hikmet Eren: Qafqazda bir yerdə alov yanarsa, bütün bölgəni bürüyər- Müsahibə


Müsahibimiz, Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Erendir.

- Hikmət bəy, Ermənistan bölgədə vəziyyəti gərginləşdirir. Təəssüf ki, beynəlxalq qurumlardan səs çıxmır. Hazırkı vəziyyəti necə təhlil edirsiniz?
-Tamamilə fikirlərinizlə razıyam. 20 ildir ki, Ermənistanın təcavüzü ilə bağlı sərt bəyanatlar eşitmirik. Türkiyə və bəzi müsəlman dövlətlərini çıxmaq şərti ilə, qərb dövlətlərindən bəyanatlar eşidilmir. Amma, bununla yanaşı işlərin bu istiqamətdə işlərin getmədiyini deməmək olmaz. Azərbaycan dövləti bu istiqamətdə xeyli işlər görüb və görür.
Etiraf etməliyik ki, bəzi dövlətlər də Qarabağ və Xocalı soyqırımı haqqında pozitiv(müsbət) mövqe yaranıb. Bu Azərbaycan dövlətinin illərdir ki,apardığı işi nəticəsidir. Çox müsbət haldır. Əvvəllər belə hallar yox idi.
İndi dünya mediası Azərbaycan həqiqətlərindən yazır və məsələyə obyektiv(dəqiq) baxış yaranıb. Çünki erməni lobbisi 100 ilə yaxındır ki, bu istiqamətdə çalışır və dünyanın hər yerinə yayılaraq, qondarma iddialarına qəbul etdirməyə çalışırlar. Bu məsələyə diqqət etmək lazımdır.
-Türkiyədən proseslərə baxarkən, bölgədə müharibə riski görünürmü?
-Qafqaz elə bir yerdə yerləşir ki, orda alov yanarsa, bu ən azından illərlə davam edər və bütün bölgəni bürüyər. Tarixin gedişi bunu sübut edib.
Bu gün sirr deyil ki, Ermənistan odla oynayır. Bu elə bir oddur ki, Ermənistanı bütünlüklə yandırar. İrəvan bunun altında çıxa bilməz. Ermənistan ictimaiyyəti diqqətli olmalı və Qarabağ məsələsində ölkə rəhbərliyinə ciddi təzyiqlər etməlidir. Yoxsa, müharibə Ermənistan başa başa gələcək.
Onlar anlamalıdır ki, Azərbaycan ordusu istənilən zaman Ermənistanı diz üstə çökdürər. Azərbaycanın güclü ordusu var.
-Ermənistanın regional (bölgəsəl) layihələrdən kənarda qalması, sosial-iqtisadi baxımından bu ölkə üçün nələr vəd edir?
-Nəticə ortadadır: Ermənistanda yoxsulluq yuxarı səviyyədədir. İnsanlar ölkəni tərk edirlər. Sosial problemlər cəmiyyəti təcrid edir. Bildiyim qədər elə hərbi hissələr var ki, hələ də formalaşa bilmir. Üstəlik, Ermənistanda insan artımı da azalıb. Ölkə əhalisi başqa ölkələrə üz tuturlar.
Həmçinin, Ermənistan iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ölkənin əsas gəlirli sahələr Rusiya şirkətləri tərəfindən satın alınıb. Bu gün Ermənistanın qazandığı bundan ibarətdir. Ermənistan bölgədə təsir imkanlarını itirən dövlət halına gəlib. Hesab edirəm ki, bu hələ başlanığıcdır. Ermənistanı qarşıda böyük faciələr gözləyir. Ermənistan rəhbərliyi ciddi şəkildə düşünməlidir. Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması üçün, Ermənistan düzgün siyasət ortaya qoymalıdır. Əks halda proseslər bumerenq(əks-təsir) kimi qayıdıb, Ermənistanın özünə dəyəcək.
Elnur Eltürk

Geri dön