Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada matəm elan edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ukraynada matəm elan edildi

Ukraynada matəm elan edildi


Sabah bütün ölkə ərazisində dövlət bayraqları yarıya kimi endiriləcək
Ukraynada baş verən toqquşmalarda ölənlərin xatirəsinə matəm elan edilib. Bu barədə ölkə prezidenti Viktor Yanukoviç əmr imzalayıb. Həftənin cümə axşamı- fevralın 20-i bütün ölkədə matəm elan edilib.

"Matəm günü ölkə ərazisində bütün dövlət idarələrində,təşkilatlarda və evlərdə bayraqlar yarıya kimi ediriləcək. Bütün əyləncəli konsert proqramları, idman yarışları ləğv edilib".

Bundan əlavə teleradio proqramlarında da müvafiq dəyişiklər ediləcək.

Qeyd edək ki, Ukraynada son bir necə gündə vəziyyət yenidən gərginləşib. Kiyevdə baş verən toqquşmalarda 27 nəfər ölüb. Onlarla insan yaralanıb. Ölənlər arasında jurnalistdə var.

Geri dön