Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın hədəf götürüldüyü partlayışlarda 6 nəfər həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İranın hədəf götürüldüyü partlayışlarda 6 nəfər həlak olub

İranın hədəf götürüldüyü partlayışlarda 6 nəfər həlak olub


Fevralın 19-da Livan paytaxtı Beyrutdakı İran Mədəniyyət Mərkəzinin yaxınlığında baş verən iki kamikadze hücumunda ən azı 6 nəfər həlak olub, 70-dən çox insan xəsarət alıb.

“Əl-Qaidə” terror təşkilatına bağlı “Abdulla Ezam” qrupu Twitter-də yaydığı məlumatda partlayışları üzərinə götürərək hücumlarda İran Mədəniyyət Mərkəzinin hədəfə alındığını bildirib.

Həmin qrup bundan əvvəl dəfələrlə “Hizbullah” təşkilatını və İran İslam Respublikasını Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək verdikləri üçün təhdid etmişdi.

Ölən və ya yaralananlar arasında hər hansı İran vətəndaşının olub-olmadığı haqda məlumat yayılmayıb.

Geri dön