Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb


Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04.30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut “travamis”, “opidol,” “tamol-xx” psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

Geri dön