Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Tarixinə sahib ol!” adlı layihənin icrasına start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > “Tarixinə sahib ol!” adlı layihənin icrasına start verilib

“Tarixinə sahib ol!” adlı layihənin icrasına start verilib


AMEA və orta məktəblərin birgə işbirliyi təşkil olunacaq
Gənclər Fondunun dəstəyi ilə " Tarixinə sahib ol!" adlı layihənin icrasına başlanılıb. Bu barədə layihənin rəhbəri Nuriyyə Hüseynovanın verdiyi məlumata görə layihənin məqsədi dövlətçilik tariximizi, bu tarixi özündə yaşadan Müasir Azərbaycan dövlətçiliyini gənclərimizə daha dərindən öyrətmək və dövlətçiliyimizi qorumağın vacibliyini əsaslandırmaqdan ibarətdir.
"Bu layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə istiqamətlənmişdir. Layihə orta məktəblərin 9-11-ci sinif şagirdələrinə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar bilgilər verməkdən ibarətdir.
Azərbaycan tarixinin akademik səviyyədə araşdırılmasında ortaya çıxan bir çox mühüm faktlar, xüsusən bir çox şəxsiyyətlərin önəmli addımları vardır ki, onların indiki gəncliyə məhz orta məktəbdən öyrədilməsi çox vacibdir. Bu tarix gənclərimizin milli ruhda formalaşmasında, vətənə sədaqət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.
Layihənin həyata keçirilməsi yüzlərlə gəncimizin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı yeni biliklər qazanmasına səbəb olacaq. Tariximizdən gətirilən şəxsi nümunələr, gənclərin müzeylərə səfərləri onların milli vətənpərvər ruhda tərbiyə olunmasına səbəb olacaqdır. Bundan əlavə layihədə Azərbaycan tarixinin akademik səviyyədə araşdırmaçıları ilə orta məktəblərin birgə işbirliyinə nail olunacaqdır"- deyə, N. Hüseynova bildirib.

Geri dön