Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev yenə də Qarabağ Komitəsinin formalaşdırılmasını təklif etdi (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev yenə də Qarabağ Komitəsinin formalaşdırılmasını təklif etdi (audio)

Fərəc Quliyev yenə də Qarabağ Komitəsinin formalaşdırılmasını təklif etdi (audio)


TƏKZİB və MƏLUMAT

Millət vəkili, MDHP sədri Fərəc Quliyev Azərbaycan Respublikasının Milli Məclisinin 25 fevral 2014-cü il tarixindəki çıxışında Ukranyanın müstəqilliyinin tanınması yox qorunması və baş sağlığı verilməsi ifadəsini işlədibdir. Milli Məclisin spikeri Oqtay Əsədov texniki yanlış olaraq müstəqilliyin tanınması kimi eşitdiyindən münasibət bildrib və saytlarda bunu başlığa çıxarıblar. Çıxışı olduğu kimi nəzərinizə çatdırırıq

MDHP Mətbuat Xidməti


Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:
Təşəkkür edirəm, cənab sədr!

Məndə xalqımıza başsağlığı verirəm. Cənab spiker, çıxışınızın priampula hissəsində bir fikirə toxundunuz. Orada Xocalı Soyqırımı ilə bağlı bir çox dövlətlərin adı çəkildi ki, onlar rəsmən bu soyqırımı tanıyıbdılar, münasibət bildiriblər, bir çox parlamentlərdə bu müzakirələr gedib. Mənə elə gəlir ki, biz parlament adından baxmayaraq ki, biraz təkrarçılıq olar, həmin parlamentlərə, həmin hökümətlərə yenidən bir müraciət hazırlayıb, həm onlara təşəkkür bildirməliyik və həm də onlara bildirməliyik ki, siz özünüzdə bu soyqırımı tanımısınız . Bildirməliyik ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi vardır, bu qətnamələrin həyata keçməsi üçün ya hərbi sanksiyaların ya qeyri- hərbi sanksiyaların tətbiqi üçün təşəbbüslə çıxış eləsinlər və yaxud da BMT-də bu məsələlərin müzakirələrini təklif eləsinlər. Bu çox əhəmiyyətli bir məsələ olar. Üstəlik məndə o fikirdəyəm ki, Xocalı faciəsini təkcə anmaqla və bu anım günlərində Qarabağı, bu hadisələri xatırlamaqla kifayətlənmək mümkün deyil.
Mən parlamentdə təklif etmişdim və bir daha təklif edirəm ki, əgər mümkünsə, müzakirə olunarsa Parlamentdə bir daimi Qarabağ Komitəsinin formalaşdırılmasına ehtiyac vardır. Bu komitənin tərkibinə parlamentdə təmsil olunan partiyaların nümayəndələri istisnasız olaraq daxil olmaqla və əlavə deputatlar daxil olmaqla yaradıiması,mütəmadi olaraq müzakirələr aparılması çox vacibdir. Bir neçə səbəbdən bu məsələ də çox əhəmiyyət kəsb edər ki, həm əhalinin müəyyən təbəqələrini təmsil edən hakimiyyətdə olmayan partiyaların yerlərdən xalqın iradəsini özündə ifadə edən Qarabağla bağlı müzakirələri komitələrdə çıxarıb müzakirə edə bilərik və həm də gələcəkdə bunu bir daimi dinləmələr və yaxudda ki, hər hansı bir formada bir dəfə olan dinləmdə o mükəmməl, ortaq fikiri də burda müzakirəyə çıxarmaq mümkündür.
Məncə bunu eləmək üçün əsasımız vardır . Həm də bu fikir bir neçə dəfə səslənibdir ki, biz istəmişik ki, Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin ,güc nazirliklərinin ya qapalı ya açıq dinləmələrdə iştirakı təmin olunsun. Amma bunu yenə də o dediyim halda partiyaların təmsilçiliyi ilə parlamentdə bir komitə yaradıb müzakirə etmək əhəmiyyətli bir məsələ olar. Mən bir daha təklif edirəm, hesab edirəm ki, biz bir çox parlamentlərdə, dünya parlamentlərində dinləmələr apardığımız halda Azərbaycan parlamentində Qarabağ dinləmələrini aparmamağımız doğru sayılmaz.

Cənab spiker, siz bayaq Ukranya ilə bağlı bir məsələyə toxundunuz. Amma mən də bir fikirimi bildirmək istəyirəm ki, hər halda Ukranyada baş verən hadisələrdə həlak olanlarla bağlı Azərbaycan parlamenti Ukranya xalqına bir başsağlığı verə bilər və Ukraynanın müstəqilliyinin aradan qaldırılmaması üçün biz də dünya ictimaiyyətini bu məsələlərdə səsini qaldırmasına bir çağırış edə bilərik.

Təşəkkür edirəm.

Geri dön