Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Azərbaycan DSX tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ötən il Azərbaycan DSX tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılıb

Ötən il Azərbaycan DSX tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılıb


Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.


Bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.



Saxlanılan şəxslər «Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində «saxla!» statusunda olublar.



DSX tərəfindən 2013-cü ildə sərhəd rejimi qaydalarını pozduğu üçün 18152 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Ötən il DSX əməkdaşları tərəfindən həmçinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində dövlət sərhədindən keçirməyə cəhd göstərilərkən 123 halda 150 kq 413 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Geri dön