Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilər hücum etdi və 23 itki ilə geri çəkildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hərb > Ermənilər hücum etdi və 23 itki ilə geri çəkildi

Ermənilər hücum etdi və 23 itki ilə geri çəkildi


Qarabağ danışıqlarında durğunluq yarandığına görə, eyni zamanda düşmənin danışıqlar müddətini bilərəkdən uzatması səbəbilə əlaqədar olaraq yuxarı komandanlıqdan cəbhə boyu bütün hərbi hissələrə düşməni maksimum itki ilə susdurmaq əmri verilib.
Məhz bunun nəticəsidir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus olan UAV tipli vertolyotlar artıq Dağlıq Qarabağ üzərində intensiv uçuşlar həyata keçirməyə başlayıblar.
Rəsmi məlumatlara görə bu tədbirlər nəticəsində erməni tərəfi bir neçə itki verib. Və təsadüfi deyil ki, Ermənistan bütün bu uğursuzluqlarının cavabı olaraq bir neçə gün bundan əvvəl Azərbaycanın Qazax rayonu istiqamətində hücuma keçib. Qazax rayonundakı mənbəmizin verdiyi məlumata görə, uğursuz həmlə nəticəsində düşmən 23 əsgər itkisiylə geri çəkilib. Qeyd edək ki, məlumatı Müdafiə Nazirliyi rəsmi olaraq təsdiq etməyib.

Nurlan MƏMMƏDLİ

Geri dön