Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu mövzusunda konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu mövzusunda konfrans keçirilib

Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu mövzusunda konfrans keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.



Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə, təhsilə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar. Akademiyanın akt zalında davam etdirilən konfransda öncə Dövlət himni səsləndirilib.



MTN əməkdaşlarının, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələrin, tanınmış politoloq və tarixşünasların iştirak etdikləri konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. Dövlətçiliyin, milli maraqların etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə MTN-in rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulayıb.



Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs edib.

Ən ağrılı problemimiz olan Ermənistanın ölkəmizə hərbi təcavüzündən də danışan nazir müavini qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində çalışmaq milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının ən başlıca vəzifəsi və Vətən qarşısında övladlıq borcudur.



General-mayor E.Əliyev deyib ki, gənclər ölkəmizin gələcəyinin, o cümlədən milli təhlükəsizliyimizin perspektiv təminatçılarıdırlar. Nazir müavini qeyd edib ki, gənc nəsil sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcək.



Vurğulanıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır: “Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr də var. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər”.



Sonra akademiyanın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və ADİ-nin İnzibati-idarəetmə fakültəsinin tələbəsi Toğrul Niyazlı çıxış ediblər.



Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” sənədli film nümayiş olunub.

Geri dön