Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib

Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib


Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı tərkibinə qəbul olunması haqqında öz təklifini təsdiq edir. Bununla belə bu qərarın qəbulu üçün Avropa İttifaqının bütün üzv dövlətləri bu məsələdə yekdil mövqeyi nümayiş etdirməlidirlər. Bu barədə RBK "Deutsche Welle"-yə istinadən xəbər yayıb.
Aİ-nin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində deyib: "Əgər biz hazırkı hadisələrin baş verdiyi Şərqi Avropanın həmin hissəsini ciddi şəkildə dəyişdirmək istəyiriksə, onda biz Aİ-nin malik olduğu ən güclü siyasi alətdən istifadə etməliyik. Bu, genişləndirmədir. Bu, misli-bərabəri olmayan effektə və sabitləşdirici qüvvəyə malikdir".

Geri dön