Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham Əliyev Pakistan Prezidentini təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > İlham Əliyev Pakistan Prezidentini təbrik edib

İlham Əliyev Pakistan Prezidentini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik".
İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıb.

Geri dön