Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Hərb > Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək

Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək


İyun ayında Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının (TAKM) toplantısı keçiriləcək. Bu barədə Türkiyə Jandarma Qüvvələrindən məlumat verilib.



Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın jandarma qüvvələri və Daxili Qoşunlar komandanlarının iştirak edəcəyi toplantıda TAKM-ın sədrliyinin rotasiya qaydasında Türkiyədən Qırğızıstana keçməsi gözlənilir.



Qeyd edək ki, TAMK 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşdırılıb. Təşkilatın emblemində at (türkdilli xalqların mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.

Geri dön