Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzər dənizində taksi gəmilər fəaliyyət göstərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Xəzər dənizində taksi gəmilər fəaliyyət göstərəcək

Xəzər dənizində taksi gəmilər fəaliyyət göstərəcək


Azərbaycan Dövlət Dəniz Administrasiyası bulvarda dəniz taksilərinin yaradılması ilə bağlı işlər görür

Bakı bulvarında daha bir yenilik sakinlərin sevincinə səbəb olacaq. Çünki hazırda Bakı bulvarında dəniz taksilərinin yaradılması ilə bağlı işlər görülür. Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda bu layihə üzrə müzakirələr aparılır.

Layihəyə əsasən yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Lakin bu layihənin həyata keçirilməsi üçün hələ çox iş görülməlidir.

“Əgər layihə özünü doğrultsa, bunun üçün xüsusi qayıqlar alınacaq. Bundan başqa, Xətai limanı ərazisində xüsusi sahə ayrılacaq. Bu layihə dünya ölkələrinin praktikası əsasında hazırlanacaq”. – deyə Ərsalan Əliyev bildirib.

Hazırda layihənin iqtisadi səmərəliyi araşdırılır. Ərsalan Əliyevin sözlərinə görə, araşdırmalardan sonra, qayıqların hansı ölkədən alınacağı, onların qiyməti və sayı məlum olacaq. Daha sonra Bulvar ərazisində neçə qayığın əhaliyə xidmət göstərəcəyi və xidmət haqqı da müəyyənləşəcək.

Qeyd edək ki, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək. Dəniz taksiləri vasitəsilə Bakı buxtasından Nargin adasına da getməyə imkan olacaq. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək.

Xatırladaq ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur.

Geri dön