Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib

Dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib


Nobel mükafatı laureatı, dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib.


Məlumata görə, 87 yaşlı yazıçı sətəlcəm olub.



Məsələ ilə bağlı Kolumbiyanın Meksikadakı səfiri Xose Qabrile Ortis açıqlama verib. O bildirib ki, yazıçının sağlamlığı üçün təhlükə yoxdur: “Sadəcə, qrip olub. Ağciyərində iltihab prosesi başlamasın deyə, hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər”.



Qeyd edək ki, Markes Nobel mükafatına 1982-ci ildə layiq görülüb. XX əsrin ən böyük romançılarından sayılan yazıçının “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və s. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

Geri dön