Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DAK internet televiziyası yaratmaq niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > DAK internet televiziyası yaratmaq niyyətindədir

DAK internet televiziyası yaratmaq niyyətindədir


Dünya Azərbaycanlıları Konqresinin (DAK) internet televiziyası fəaliyyətə başlayacaq. Bu barədə DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib. Onun sözlərinə görə, 2012-ci ilin əvvəlindən fəaliyyətə başlayacaq televiziya İranda baş verən siyasi hadisələrlə, azərbaycanlı fəallarla bağlı xəbərlərə daha çox üstünlük verəcək. Televiziyanın adını açıqlamayan təşkilat rəsmisi DAK-ın nizamnaməsinə uyğun ictimai-siyasi verilişlərin hazırlanacağını bildirib: “Təşkilatımız dünya azərbaycanlılarını əhatə etdiyi üçün televiziyamız da siyasi və ictimai mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlıya açıq olacaq. Əməkdaşlığa cəlb etməyi planlaşdırdığımız jurnalistlər var. Hələlik adlarını açıqlamaq istəmirəm. Ola bilər ki, televiziyalarda işləyən bəzi tanınmış aparıcıları və jurnalistləri DAK-ın efirində görəsiniz”.

Geri dön