Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev ekologiyanın pozulmasına ciddi etiraz etdi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev ekologiyanın pozulmasına ciddi etiraz etdi.

Fərəc Quliyev ekologiyanın pozulmasına ciddi etiraz etdi.


Bu gün, 04.04.2014-cü ildə Milli Məclisin yığıncağı keçirilmişdir. Yığıncaqda Millət vəkili Fərəc Quliyev çıxış edərək ekologiyanın pozulmasına ciddi şəkildə narazılığını bildirdi
(çıxışın tam mətni)
Bu gün müzakirə olunan –Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanun layihəsində yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası məsələsi vardır. Çox yerində olan məsələdir. Çünki, Bakıda son vaxtlar yerli mühitə uyğun olmayan, bizə aid olmayan xeyli bitki növləri çox baha qiymətə gətirilir və yerli bitkilər əvəzinə bunlar əkilirlər. Mən bunları əsasən parkları nəzərə alaraq deyirəm. Dünyanın bir çox yerində yerli mühitə uyğun olan bitkilərdən istifadə edirlər. Hətta parklarda belə meyvə ağaclarından istifadə etməklə təbiəti zənginləşdirirlər. Amma bizdə bilmirəm nə məqsədlə edilir-yerli mühitə uyğun olmayan bahalı bitkilər gətirilir və bu bahalı bitkilərin çoxu da sonradan sıradan çıxır. Bu heç bir mənası olmayan bir davranışdır. Bu məsələyə müvafiq qurumlar tərəfindən bir münasibət olmalıdır ki, yerli növlərdən istifadə olunsun.
Başqa bir məsələ, burda dəniz kənarı olan bir şəhərdə göl salmaq üçün Gənclikdə böyük bir sahədə yüzlərlə ağac qırılır və yerində bir göl salınır və məncə bu da doğru bir yanaşma deyil. Biz daha çox Bakının ağ ciyərlərini artırmaq üçün ağacların salınmasından istifadə etməliyik. Bakı Xəzər dənizinin kənarında yerləşən şəhər olduğu üçün gölnən ağacları dəyişmək yanaşması doğru deyil. Bir başqa bənd var burda, deməli, 10-1.7.7 ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi ilə bağlı olaraq. Bu bəndə istinadən Masazır gölünün acınacaqlı vəziyyətinə toxunmaq, Masazır duz gölü ilə bağlı olaraq narahatlığımı bildirmək istəyirəm. Yəqin hər kəs oranı tanıyır və yanından keçəndə görürlər. Bu il onun davranışı tamamən dəyişdi, ortasından çarpaz bir xətt torpaq sahəsi çəkilib. Onun qabarma və çəkilməsindən duz əmələ gəlirdi və orda əsrarəngiz bir mühit yaranırdı. Bu il bu təbii duzəmələgəlmə prosesi baş vermədi. Orada aparılan işlərlə əlaqədar bu əsrarəngiz gölün ekologiyası pozulur. Mən hesab edirəm ki, orda görülən işlərlə bağlı olaraq izahat olmalıdır. Göründüyü qədər, gölün bir hissəsini qurutmaqla məşğuldurlar və orda artıq obyektləri tikməklə, zir-zibili tökməklə, bu işi görürlər. Mən hesab edirəm ki, bu cür əsrarəngiz təbiət hadisəsinə zərbə vurmaq olmaz və onun qorunması üçün müəyyən tədbirlər görülməlidir. Bu qanun da şərait yaradır ki, bununla bağlı bir tədbir görülsün. Mən çağırış edirəm ki, müvafiq orqanlar bunu da nəzərə alaraq Masazır gölünün xilas olması üçün tədbir görsünlər.

Təşəkkür edirəm.

MDHP Mətbuat Xidməti

Geri dön