Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan millisi Avropa Kubokunda 5 medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan millisi Avropa Kubokunda 5 medal qazanıb

Azərbaycan millisi Avropa Kubokunda 5 medal qazanıb


Yunanıstanın Saloniki şəhərində keçirilən gənc cüdoçuların Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 20 idmançı ilə yollanan Azərbaycan millisi 5 medal qazanıb.



Komandamızın heyətində Firudin Dadaşov (90 kq) çempionluq sevinci yaşayıb. Rüfət İsmayılovla (81 kq) Nəzakət Xəlilli (52 kq) ikinci yerlə kifayətləniblər. Sadiq Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) isə yarışı bürünc medalla bitiriblər.



Qeyd edək ki, yığmamız komanda hesabında 32 ölkə arasında 4-cü olub.

Geri dön