Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada yoxsuldan da yoxsul 16 milyon adam var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Rusiyada yoxsuldan da yoxsul 16 milyon adam var

Rusiyada yoxsuldan da yoxsul 16 milyon adam var


2013-cü ildə Rusiyada gəliri yoxsulluq həddindən (yaşayış minimumundan) aşağı olanların sayı 16 milyon təşkil edib. Bu, ümumi əhalinin 11,1 faizi deməkdir.

2012-ci ildə isə bu rəqəm 5 milyon 600 min təşkil edib, yəni əhalinin 10,9 faizinin gəliri yaşayış minimumundan aşağı olub.

Rusiya Statistika Mərkəzinin aprelin 9-da açıqladığı məlumata görə, 2013-cü ilin 4-cü rübündə Rusiya üzrə yaşayış minimumunun orta həddi adambaşına 7 min 326 rubl (169 manat) olub.

4-cü rübdə Rusiya əhalisinin adambaşına orta aylıq gəliri 30 min 400 rubl (703 manat) təşkil edib, bu da yaşayış minimumundan 4 dəfə çoxdur.

4-cü rübün nəticələrinə görə, Rusiyada minimum əməkhaqqı 5 min 205 rubl (120 manat) təşkil edib. Minimum əməkhaqqı yaşayış minimumunun 69,5%-i qədərdir.

Geri dön