Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir

Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir


Bakıda torpaq sürüşməsi olub. Sürüşmə Suraxanı rayonu ərazisində Zığ qəsəbəsi ərazisində, qəsəbənin şimal hissəsində qeydə alınıb. Ərazidə torpaq sürüşməsi nəticəsində beton plitələr aşıb. Həmçinin həyətlərin daş hasarları uçub. Bəzi evlərin divarlarında çatlar yaranıb. 43 saylı binanın yaxınlığında baş verdiyindən bina üçün təhlükə yaranıb. Suraxanı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda hadisə əlaqəli qurumlardan ibarət komissiya araşdırma aparır: “Dəqiq nəticələr və görülən tədbirlər müəyyən ediləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

Geri dön