Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Bu səfərdən sonra İran Ermənistana qarşı siyasətini dəyişəcək- Münasibət
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Bu səfərdən sonra İran Ermənistana qarşı siyasətini dəyişəcək- Münasibət

Fərəc Quliyev: -Bu səfərdən sonra İran Ermənistana qarşı siyasətini dəyişəcək- Münasibət


“Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistanın işğal etdikləri 20 faiz Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad etmələrini tələb edir. Çünki bu, dövlətimizin dəyişməz siyasətidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı “Ermənistana qarşı ciddi sanksiyaların tədbiq olunmalıdır” fikirlərinə münasibət bildirərkən deyib.

F. Quliyev bildirib ki, Azərbaycan tərəfi dəfələrlə BMT-dən Ermənistana qarşı sanksiyaların tədbiq olunmasını tələb edib: “Hətta bu məsələdə ölkəmiz hər dəfə qəti mövqeyini sərgiləyir. Təbii ki, bu da Azərbaycanın haqqıdır. Prezident İlham Əliyev də çıxışlarının əksəriyyətində bunu dilə gətirirsə, bu təqdirəlayiqdir”.

Millət vəkili ölkə başçısının İrana səfərinin nəticələrindən danışarkən vurğulayıb ki, Azərbaycan qonşuluq siyasətində problemsiz münasibətə üstünlük verir: “Lakin bizdən asılı olamayan səbəblərdən qonşu dövlətlər bizə qarşı siyasətdə biz davrandığımız kimi davranmır. Bildiyimiz kimi, İran tərəfi mütəmadi olaraq Ermənistana kömək edib. Ümid edirəm ki, bu səfərdən sonra İran Ermənistana qarşı siyasətini dəyişəcək”.

Ukraynadakı hadisələrə də münasibət bildirən millət vəkili qeyd edib ki, Rusiya Ukraynanın üzərinə getməklə kifayətlənməyib, hətta ölkənin ərazisini işğal etməkdən çəkinməyib: “Rusiya eyni zamanda Ukraynanın qərb hissəsini də ələ keçirməyə cəhd göstərir. Bu da Rusiyanın yeritdiyi yeni imperiya qurmaq siyasətdir. Rusiyaya imkan verildikcə, o, bu cür siyasət aparmağa davam edəcək”.

Samirə Abdullayeva - sia.az saytı

Geri dön