Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi həbsxanadan qaçmış məhbusun tutulması ilə bağlı məlumat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi həbsxanadan qaçmış məhbusun tutulması ilə bağlı məlumat yayıb

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi həbsxanadan qaçmış məhbusun tutulması ilə bağlı məlumat yayıb


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Qaradağ rayonundakı 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) baş verən insidentlə bağlı açıqlama yayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı MTCM-də məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun oradan qaçması barədə MTn-ə məlumat daxil olub.

Faktla bağlı MTN-in müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilib və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabrın 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən “Asfar” qapalı futbol kompleksinin ərazisində MTN-in əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.

Geri dön