Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Məşədi Əzizbəyov” stansiyasının adı dəyişilərək qəhrəmanlıq dastanlarından birinin adı veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Məşədi Əzizbəyov” stansiyasının adı dəyişilərək qəhrəmanlıq dastanlarından birinin adı veriləcək

“Məşədi Əzizbəyov” stansiyasının adı dəyişilərək qəhrəmanlıq dastanlarından birinin adı veriləcək


Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri intensiv sürətlə sona çatdırılmaq üzrədir. Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov bildirdi ki, stansiya dekabr ayının axırlarında şəhər əhalisinin istifadəsinə veriləcək. Noyabr ayından təmirə dayandırılan stansiyanın adı da dəyişdiriləcək.

“Stansiyaya qəhrəmanlıq dastanlarından birinin adı veriləcək. “Koroğlu”, “Babək”, yaxud “Dədə-Qorqud”. İndi prezidentin sərəncamını gözləyirik”, - deyə Arif Rəsulov vurğulayıb.

Qeyd edək ki, stansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib. Stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.

Geri dön