Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə minik avtomobilləri təqdim edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə minik avtomobilləri təqdim edilib

Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə minik avtomobilləri təqdim edilib


Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, mayın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə "Naz-Lifan" markalı minik avtomobilləri verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son bir ayda cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4206 nəfər əlilliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.
Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi proseslərinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə müşayiət olunduğunu vurğulayıblar. Onlar əlilliyi olan şəxslərin maddi təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən ardıcıl işlərə görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər

Geri dön