Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DSMF II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsini təmin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > DSMF II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsini təmin edib

DSMF II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsini təmin edib


Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsini təmin edib.,Bunu fondun sədri Elman Mehdiyev bu gün jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam hazırda 22 897 nəfərə şamil edilib. “Bunlardan 1 707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sənədə əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilib”, - E. Mehdiyev vurğulayıb.

O, əlavə edib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqlar yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi zamanı Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin müharibəsi iştirakçılarına isə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyadan olan şəxslərin sayı 21 172 nəfərdir.

Geri dön