Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


İranın strateji obyektlərindən birində partlayış baş verib, ölən və yaralananlar var

İranda metallurgiya zavodunda baş verən partlayış nəticəsində bir neçə xarici vətəndaş ölüb.
Partlayış Yəzd vilayətində qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən şəxslərin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Zavodda hansı məhsulların istehsal olunduğu barədə də məlumat verilmir.
Xatırladaq ki, hələ 2003-cü ildə İran rəsmi dairələri Yəzd vilayəti ərazisində uran yataqlarının istismarına başlayacaqlarını bəyan ediblər. Son vaxtlar İranın strateji obyektlərində naməlum səbəblərdən partlayışlar baş verir. Noyabrın 28-də İsfahanda uranın zənginləşdirilməsi həyata keçirilən zavodda partlayış qeydə alınıb. Bundan iki həftə əvvəl isə Tehranda yeni tipli ballistik raketin istehsalı zamanı partlayış olub. Partlayış nəticəsində ölkənin raket proqramına məsul şəxs olan general Həsən Müqəddəm vəfat edib.


Azərbaycan mədəni faalı Məhəmməd Rzayi, qızı Laçınla birgə tutuqlandılar

Azərbaycan mədəni faalı Məhəmməd Rzayi, qızı Laçınla birgə tutuqlandılar
Azərbaycan mədəni faalı Məhəmməd Rzayi(Təbrizli) yelli gün 1390.9.19 saat 11.30 da qızı Laçın Təbrizli ilə birlikdə ki, Türkiyəyə getdikləri bir anda İttilaat tərəfindən ağır tohin və kötəklənərək tutuqlandılar. saat 15.30da Laçın xanım buraxılıb, ama Məmməd bəydən hələlik heç bir xəbər yoxdur..
Artılmalıdır ki Məhəmməd Təbrizlini tutaraq basına hazırlaşmış Türkcə romanı və qızı ilə birlikdə hazırladıqları Türkcə sözlük və pasaportları filəş bəlləkləri ay ulduz nişanlı boyunbağı ittilaat tərəfindən zəbt olub. Məhəmməd bəy Təbrizli iki il öncə Urmu Gölünün qurumasına etirazda tutuqlanıb və ağır işkəncələrə məruz qalmışdı.


Professor Məhəmmədəli Fərzanənin həyat yoldaşı dünyasını dəyişib

Mərhum professor Məhəmmədəli Fərzanənin həyat yoldaşı xanım Əxtər Bedustani Tehranın Kəsra xəstəxanasında dünyasını dəyişib.
Mərhum xanım Bedustani 2 gün öncə boyun nahiyyəsindən cərrahi əməl olduqdan sonra vəfat edib. O, cümə günü Beheşt-i Zəhra qəbiristanlığında dəfn edilib. Mərhumun dəfn mərasiminə bir çox milli-mədəni fəal o cümlədən ustad Əkbər Azad, Mühəndis Əlirza Sərrafi, Yusif Fərzanə və s. qatılıblar.
Mərhumun yas məclisi bazar günü (dekabrın 11-i , azərin 20-i) Tehranda Əmirabad benzinliyinin qarşısındakı məsciddə yarli vaxtla saat 13:00-dan 15:00-dək keçirilib.
Qeyd edək ki, Azərbaycanın unudulmaz alimi, böyük mütəfəkkir professor Məhəmmədəli Fərzanə 2006-cı il yanvarın 17-i (1384-cü il deyin 27-i) İsveçdə vəfat edib. O, öz vəsiyyətinin əsasında Təbrizdə dəfn edilib.


İRAN ƏTRAFINDA GƏRGİNLİYİN ARTMASI YEREVAN TƏHLİLÇİLƏRİNİ NARAHAT EDİR

Ermənistan İranla münasibətlərində bitərəf mövqe tutmalıdır, lakin NATO İran İslam Respublikasına qarşı hərbi əməmliyyatlara başlasa, bu, son dərəcə çətin olacaq.
Bu fikri erməni iranşünası Mher Bağdasaryan söyləyib.
O, İran üzərinə hərbi hücüm ediləcəyini gümanedilməz hesab edir, çünki, Rusiya ilə ABŞ-ın bölgə maraqlarının toqquşması ucbatından bu, üçüncü dünya müharibəsinə gətirə bilər.
“Ermənistan İranın tərəfini tutsa, çox mürəkkəb vəziyyətə düşər, bitərəf mövqedə qalsa, minimal itkilərlə keçinə bilər. Artıq bu gün Ermənistan İrana qarşı sanksiyaların təsirini hiss edir. Onu da nəzərə almaq lazımdır ki, müharibə olsa, Ermənistan İrandan qaçqınlar qəbul etməyə hazır olmalıdır. Onlar ilk növbədə Ermənistana və Azərbaycana üz tutacaqlar”, - deyir Bağdasaryan.
Erməni iranşünasını daha çox narahat edən isə odur ki, “Azərbaycan fürsətdən istifadə edib Qarabağ problemi ilə bağlı Ermənistanı hərbi avantüraya çəkə bilər”.
Belə olan halda, Bağdasaryanın sözlərinə görə, Ermənistan öz təhlükəsizlik problemi ilə üzləşər və şəraitdən asılı olaraq hərəkət etməyə məcbur olcaq.
Ermənistanla İran arasında müttəfiqliyə gəldikdə, Mher Bağdasaryan deyir ki, Ermənistan İrana kömək edə bilər, lakin müttəfiqlik mümkün deyil. Onun sözlərinə görə, İran üçün Ermənistanın Dağlıq Qarabağ üzrə mövqeyi və status-kvo vəziyyət əlverişlidir.
Bağdasaryan deyir ki, Azərbaycan Qarabağ münaqişəsinin öz xeyrinə həll olunması müqabilində “İrana zərbə endirmək üçün dəfələrlə öz ərazilərini təqdim etməyi təklif edib”.
İran yaxşı bilir ki, bu məqsədlə öz ərazilərini təqdim etməyə hazır olan ölkələr, ilk növbədə, Azərbaycan və NATO hərbi bazası yerləşən Türkiyədir, deyib erməni iranşünası Mher Bağdasaryan.


Kanadada İranda həbsdə olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib

Kanadanın Vankuver şəhərində İranda həbsdə olan azərbaycanlı jurnalistlər, insan haqları fəalları Səid Mətinpur və Səid Nəimi ilə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib. Bu barədə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı məlumat verib. Onun sözlərinə görə, tədbir ADAPP və “Amnesty İnternational”ın birgə təşkilatçılığı ilə Dünya İnsan Haqları Günündə düzənlənib: “Bu tədbir ənənəvi olaraq hər il keçirilir və biz də dördüncü ildir ki, bu işlə məşğuluq. Biz orada İranda həbsdə olan azərbaycanlı jurnalistlər Səid Mətinpur və Səid Nəimi ilə bağlı məktublar qoymuşduq. İnsanlar da həmin məktubları imzaladılar və biz də onları İranın ali dini lideri, Ayətullah Seyid Əli Xamneyi, İran Məhkəmə Sisteminin rəhbəri, Ayətullah Sadiq Laricani, Təbriz həbsxanası və Tehrandakı Evin zindanının rəhbərinə göndərəcəyik”.
V. Qarabağlı onu da bildirib ki, ADAPP rəsmisi Vankuver şəhərində yayımlanan “Coop Radio”da İrandakı azərbaycanlıların insan haqları məsələləri, onlara qarşı olan təzyiqlərdən də danışıb.
ADAPP sözçüsü, həmçinin Almaniyanın Heydelberq şəhərində də Səid Mətinpurla bağlı imzatoplama kampaniyası həyata keçirildiyini vurğulayıb.


Bakıda 21 Azər hərəkatının ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakıda Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin 66-cı ildönümü ilə bağlı tədbir keçirilib. tədbir Azərbaycanda siyasi mühacir həyatı yaşayan, Cənubi Azərbaycandan olan siyasi mühacirlər tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən tarixçi Əkrəm Rəhimli bildirib ki, II dünya müharibəsi ərəfəsində İran dövləti müttəfiqlər tərəfindən işğal edildikdən sonra, bu ölkədə, xüsusilə də Azərbaycanda xalqın öz müqəddəratını həll etməsi üçün əlverişli şərait yaranıb. Bu dövrdə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi xalqı səfərbər edərək “21 azər” milli hərəkatına start verib və hərəkat 1945-ci il dekabrın 12-də qələbə ilə başa çatıb. Həmin tarixdə Azərbaycan Milli Hökuməti yaranıb və bir il ərzində dərin islahatlar həyata keçirib.

Daha sonra tədbirdə çıxış edən tarixçilər Pişəvərinin həyat və fəaliyyətindən danışaraq onun rəhbərliyi ilə yaradılmış Azərbaycan Milli Hökumətinin keçmiş olduğu tarixi yola nəzər salıblar.

Geri dön