Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə avtomobil verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə avtomobil verilib

Daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə avtomobil verilib


Mayın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edib. Bununla avtomobil alan əlillərin sayı 500-ə çatıb. Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanan digər əlillərin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Geri dön