Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə daha bir mədəndə uçqun baş verib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Türkiyədə daha bir mədəndə uçqun baş verib.

Türkiyədə daha bir mədəndə uçqun baş verib.


Türkiyənin Zonquldak vilayətində daha bir daş kömür mədənində uçqun qeydə alınıb.
"Haber7" telekanalının verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dağıntılar altında qalıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Manisa vilayətinin Soma şəhərində daş kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.

Geri dön