Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT məcburi köçkünlərimizlə maraqlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > BMT məcburi köçkünlərimizlə maraqlanır

BMT məcburi köçkünlərimizlə maraqlanır


BMT-nin xüsusi məruzəçisi ölkəmizdə məcburi köçkünlərin vəziyyətini öyrənmək üçün Azərbaycana səfər edəcək

Azərbaycan BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ölkəmizdə məcburi köçkünlərin vəziyyətini öyrənmək üçün mayın 18-də Azərbaycana səfərə gələcək.

Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən AzərTAc-a bildirilib. Mayın 24-dək davam edəcək səfər zamanı Ç.Beyani Bakı və Sumqayıt şəhərlərinə, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları qəsəbələrə baş çəkəcək.

Xüsusi məruzəçi digər tərəflərlə bərabər, Azərbaycan Hökuməti, BMT tərəfdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcək.

Ç.Beyani mayın 23-də BMT-nin Azərbaycandakı nümayəndəliyində keçirəcəyi mətbuat konfransında ilkin müşahidələrini media nümayəndələri ilə bölüşəcək.

Hesabatın yekun nüsxəsi 2015-ci ilin iyun ayında İnsan Hüquqları Şurasına təqdim ediləcək.

Geri dön