Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran adlı Türk Dövləti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran adlı Türk Dövləti

İran adlı Türk Dövləti


Gülüstan və Türkmənçay müqavilələrinə başqa açıdan yanaşılmalıdır
Hakimiyyəti Türk qardaşları ilə bölmək istəməyən Qacarlar, İranı farsa təhvil verdilər

Stalin Hitlerə simpatiya duyan bir rejimi devirmək, həm də cənub sərhədlərini güvənə almaq üçün İranı işğal etdi.
Azərbaycan bir dövlət olaraq həm strateji mövqeyi, həm yeraltı və yerüstü sərvətləri, həm insan potensialı, həm də alim və yazarları ilə daim dünyanın diqqət mərkəzində olmuşdur. Məmləkətimizin elmi potensialı sanki bir bulaq kimi hələ qədim zamanlardan qaynamaqdadır. Ona görə də daim dünyanın böyük dövlətlərinin, ünlü hökmdarlarının saraylarında həmişə əslən Azərbaycan Türkü olan şair, yazar, rəssam və alimlərə rast gəlinmişdir. Hətta digər dövlət saraylarında fəaliyyət göstərməyən alimlərimiz belə, digər ölkə hökmdarlarından müxtəlif sifarişlər alıblar. Azərbaycanımız haqda ilk coğrafi məlumatları isə yunan alimi Strabon vermişdir. O, indiki Azərbaycan ərazisində olan qədim Albaniya və Atropatenanın sərhədləri, Qafqaz dağları, Kür və Araz çayları haqda çox dəyərli məlumatlar verib. Məmləkətimiz haqda Strabondan sonrakı dəyərli məlumatlar digər yunan alimi Ptolomeyə məxsusdur. Ptolomey isə hələ eradan əvvəl Azərbaycan ərazisində mövcud olan 30-a yaxın şəhərin coğrafi koordinatlarını vermiş və Xəzər dənizini Hirkan adlandırmışdır.
İran adlı Türk DövlətiBu kimi səbəblərdəndir ki, Azərbaycanımıza yaxın və uzaq dövlətlər daim maraq göstərmişdir. Azərbaycanla daha çox maraqlanan isə Şimal qonşularımız olan Rusiya olmuşdur. Bu şimal ayısının kor olası gözləri həmişə həm ərazilərimizdə, həm insan potensialımızda, həm də sərvətlərimizdə olmuşdur. Nəfsinə və acgözlülüyünə hökm edə bilməyən bu ayı xoşluqla əldə edə bildiyini xoşluqla, buna nail olmadıqda isə istədiklərini daim zorla əldə etməyə çalışmışdır. Bunun nəticəsidir ki, Dərbənd və s. kimi torpaqlarımız günümüzdə bu ayının pəncəsi altındadır. Öz ərazisinə qata bilmədiyi ərazilərimizi isə ya əbədi Türk düşməni olan erməniyə, ya da nankor, həyasız və sırtıq gürcüyə zorla verdirib. Düzdür, bu məsələdə özümüzün quşbeyinlilərimizin, namussuzlarımızın və qeyrətsizlərimizin də «xidmətləri» olub, ancaq mövzumuz bu deyil. Mövzumuz, Azərbaycanın tarixi torpaqlarında yerləşən, ancaq tarixən və günümüzdə də tamamilə başqa bir adla tanınan dövlət haqqındadır. Yəni İranın.
Həqiqətən də belə bir dövlət olubmu? Ya da tarixin uzun dönəmlərində adı İran olan bu dövlətin qurucuları və idarəçiləri kimlər olub? İran ərazisində olan fars mənşəli sülalənin (Sasanilər) hökmdarlığına təxminən 751-ci ildə İslam xilafətinin qurucuları əbədi olaraq son qoymuşdur. Azərbaycan torpaqlarının son böyük bölüşdürülməsi olayı isə Rusiya ilə İran adlanan dövlət arasında gedən müharibələrdən sonra baş verib. Bu müqavilələrin birincisi uzun sürən müharibələrin sonucu olaraq, sözügedən iki dövlət arasında 1813-cü ildə bağlanmışdır və Gülüstan müqaviləsi adlanır. Ancaq hər iki dövlət, xüsusən də şimal ayısının acgözlülüyü və tamahı ucbatından iki dövlət arasında imzalanan bu sülh sazişi qısa bir zamandan sonra pozulmuş, müharibə yenidən başlamış və bir xeyli davam etmişdir. Yenə də müharibənin sonucu olaraq, iki dövlət 1823-cü ildə yenidən danışıqlar masası arxasına oturub və Türkmənçay adlanan yeni müqavilə imzalanıb. Bu müqavilənin şərtlərinə görə o zamana qədər bütöv və bir tam halında olan məmləkətimiz Azərbaycanın bir hissəsi Rusiyanın tərkibinə qatılıb. Çünki rusun murdar ayaqları bu yerlərə dəyənə qədər məmləkətimiz xanlıqlar halında da olsa, bir tam şəklində idi. Diqqətinizə çatdırırıq ki, məhz Türkmənçay müqaviləsindən sonra Araz çayından Qafqaz dağlarına qədər olan və indiyə kimi Şimali Azərbaycan adlanan tarixi ərazilərimiz müvəqqəti də olsa şimal ayısının nəzarəti altına keçmişdir. Nəhayət, uzun illərdən sonra Şimali Azərbaycan adlanan ərazidə müstəqil bir Türk Dövləti yarandı. Əslində isə bu iki dövlət arasında imzalanmış müqavilələrə bir az başqa yöndən baxdığımız zaman tamamilə fərqli nəticəyə gələcəyik. Belə ki, hər iki müqavilə Rusiya və İran adlanan dövlətlə bağlansa da, ikinci ölkədə Türk boylarından olan Qacarların hakimiyyəti mövcud idi. Deməli, müqavilələr də məhz Türk dövləti ilə Rusiya arasında bağlanıb. Coğrafi ərazinin necə adlandırılmasından asılı olmayaraq, dövlət, həmin ərazinin idarəçilərinin adı ilə tanınmalıdır. Bu cür yanaşma həm də məntiqə uyğundur. Sözü gedən müqavilələrin imzalandığı dövrdə İranda Türklərin hakimiyyətdə olmasından dolayı, müqavilələrə də Rusiya-İran müqaviləsi kimi yox, Rus-Türk müqavilələri kimi baxılmalıdır. Faktiki olaraq müqaviləyə də Türk hökmdarının nümayəndəsi imza atmışdır. Həmin dövrdə isə İran adlı dövlətə bu dövlətin qurucularından və Türk əsilli Qacarların nəslindən olan, Ağa Məhəmməd Şah Qacarın qardaşı oğlu Fətəli Şah hökmdarlıq edirdi. Müharibəni Fətəli Şahın ordusu apardığından təbii ki, müqavilələr də onun rizası ilə imzalanmışdır. Diqqətinizə çatdırırıq ki, Qacarlardan əvvəl İran adlı ərazidə yenə də başqa bir Türk Tayfası olan Əfşarlar hakimiyyətdə olub. Coğrafi ərazinin başqa, həmin ərazidə isə tamamilə fərqli bir adla tanınan bir millətin hakimiyyətdə olması kimi hallara tarixdə də, günümüzdə də çox rast gəlinir. Məsələn, coğrafi ərazi Kanada adlanır, ancaq hakimiyyətdə olan millət ingilislərdir, coğrafi ərazi Avstraliyadır, hakimiyyətdə olan millət yenə də ingilislərdir, coğrafi ərazi Argentina adlanır, hakimiyyətdə isə avropalı millətlərdir. Hazırda müstəqilliyi olan Türk Dövlətlərinin də yalnız ikisinin, Türkmənistanın və Türkiyə Cümhuriyyətinin adında Türk kəlməsi vardır. Geridə qalan Türk Respublikalarının hamısının adı isə tarixən həmin coğrafi ərazidə yaşamış olan Türk Boylarının birinin adından götürülüb. Ancaq belə bir durum bu dövlətlərin Türk Dövlətləri kimi tanınmasına heç bir maneçilik törətmir. Hətta bir dövlətin rəsmi dövlət dilinin millətin adına uyğun gəlməməsi də bu dövlətin idarəçilərinin irsinə və kimliyinə xələl toxundurmur. Məsələn, 600 illik uzun bir tarixi olan Osmanlı dövlətinin bu müddət ərzində rəsmi dövlət dilinin fars dili olmasına baxmayaraq, 600 il ərzində bu dövlətin Türk dövləti kimi tanınmasına bu amil mane olmayıb.
Sözü gedən və Türk-Qacar dövləti ilə Rusiya arasında imzalanan müqavilələrdən sonra bilindiyi kimi, Şimali Azərbaycan ərazisi Rusiyanın tərkibinə qatılmış, İran isə uzun bir müddət özbaşına qalmışdır və bu vəziyyət hələ də davam etməkdədir. Nəhayət ki, uzun illərdən sonra İranda hakimiyyətdə olan Türk-Qacarlar da farslaşdılar. Məhz bu kimi səbəblərdəndir ki, sayca çoxluqda olan Türk Toplumu tədricən sıxışdırılmağa başlandı və İrandakı Türklərə edilən zülm getdikcə artdı. Türklərə qarşı olan zor və təzyiqlər artdıqca, İran ərazisində çoxluqda olan bu millət təbii ki, bütün olanlardan narazı düşməli idi. Yəni, Türkün hakimiyyətdə olduğu bir ölkədə müxalifətin də türklərdən oluşması ola biləcək bir şeydir və məntiqə uyğundur. Nəticədə elə Qacarların hakimiyyəti zamanında onlara qarşı ilk çıxan da məhz Türklər oldu. Narazı Türklərin hakimiyyətə qarşı olan mübarizəsinə isə yenə bir Turk sərkərdəsi, Səttar Xan başçılıq edirdi. Bu insan və rəhbərlik etdiyi insanlar bir müddət rejimə qarşı çox qəhrəmancasına mübarizə aparsa da, bir müddətdən sonra Türklərin qaldırdığı bu üsyan mövcud rejim tərəfindən amansızlıqla yatırıldı. Bu məsələdə də ən böyük günah elə Səttar Xanın özündədir. Belə ki, o, rejimin dəvəti üzərinə, əliyalın, silahsız və təkbaşına danışıqlara getdi ki, bu da onun və başçılıq etdiyi inqilabın sonuna səbəb oldu. Nəticədə də Türklərin İran ərazisində qaldırdıqları bu böyük mübarizəyə son qoyuldu.
Beləliklə də İranda 1905-ci ildə Türk sərkərdəsi Səttar Xanın başçılığı ilə baş qaldıran üsyan 1911-ci ildə elə Türk-Qacar hakimiyyəti tərəfindən amansızlıqla yatırıldı. Bundan sonra İran ərazisində qarışıq bir dövr başlayıb. Yəni, Səttar Xan üsyanı yatırılsa da, ölkədə hələ də sakitlik və stabillik tam bərqərar olmamışdı. Hələ də çoxlu sayda insan var idi ki, hakimimiyyətdən narazı idi və hər an Qacarların yıxılması üçün ayağa qalxmağa hazır idi. Bütün bunların nəticəsidir ki, cəmi altı illik sakitlikdən sonra İranı yeni üsyan dalğası bürüdü. Bu dəfə də üsyan Türklər tərəfindən qaldırılmışdı və üsyana yenə digər bir Türk, Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. Xiyabaninin rəhbərlik etdiyi bu üsyan 1917-ci ildə baş qaldırıb. Onun apardığı mübarizə isə cəmi üç il çəkib. Yəni, 1920-ci ildə bu üsyan da Qacarlar hakimiyyəti tərəfindən yatırdılıb. Həm Səttar Xanın, həm də Xiyabaninin başçılıq etdiyi üsyanların bəzi oxşar cəhətləri var. Belə ki, hər iki üsyanın rəhbərləri kimliyindən və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, İranda olan bütün xarici vətəndaşların bu ölkədən çıxarılması tələbi ilə çıxış edirdilər. Bu dönəmlərdə isə İranda çoxluqda olan və demək olar ki, İranın bütün hakim dairələrinə təsir edə biləcək yeganə millət ingilislər, yeganə hakimiyyət isə ingilis hökuməti idi. Deməli, hər iki üsyanın rəhbəri əsasən ingilislərin ölkədən çıxarılmasını istəyiblər. Bu isə təbii ki, ingilis hökumətini qane edə bilməzdi. Ona görə də ingilislər Türk torpaqlarını daha rahat sömürə bilmək üçün hər iki üsyanın yatırılmasında o vaxtkı Qacarlar hökumətinə yardım etmişdir. Bununla da ingilislər özlərinin əbədi siyasətlərinə bir daha sadiq qalmalarını nümayiş etdiriblər. İngilislər Qacarları sevdikləri üçün onlara yardım etmirdilər, ona görə edirdilər ki, bu, onların öz maraqları çərçivəsində idi. Həm də ona görə ediblər ki, qədim Türk torpağının yeraltı və yerüstü bütün sərvətlərini ingilis kralının xəzinəsinə daşıya bilsinlər. Sözü gedən üsyanların oxşar cəhətlərindən biri də üsyançıların eyni üsulla məhv edilməsidir. O zaman hakimiyyətdə olan Qacarlar hər iki üsyan rəhbərini danışıqlara çağıraraq öldürtdürüb. Xiyabani, türklərin əlinə düşən bu tarixi fürsətdən lazımınca və maksimum bəhrələnmək əvəzinə, daha çox qəzet, jurnal çapı ilə məşğul olmuşdur ki, bu da üsyana qalxmış olan insanların döyüş əzminin getdikcə qırılmasına səbəb olmuşdur. Ancaq, onun silahlanmaq və Türklərin qaldırdığı bu üsyanı bütün İran ərazisinə yaymaq imkanları olub. Beləliklə də İranda qısa bir zaman kəsimində Türklərin qaldırdığı hər iki üsyan, elə Türk hakimiyyəti tərəfindən yatırıldı. Üsyanlar yatırılsa da İranda mövcud olan Türk-Qacar hakimiyyəti artıq laxlamışdı. Bilindiyi kimi, hər hansı ölkədə hansısa üsyanın baş qaldırmasının birinci səbəbi həmin ölkədə böyük insan kütləsinin hakimiyyətdən narazı qalmasıdır. Üsyanın baş verdiyi anda isə hakimiyyətə düşən iş, üsyanın səbəblərini dərindən araşdırmaq və üsyançıların tələblərini qismən də olsa yerinə yetirməkdən ibarətdir. Bundan sonrası isə öz-özünə düzəlir. Ölkədə yaranmış sakitilkdən istifadə edən belə bir hakimiyyət, sonra bütün məsələləri çox sakit və asan bir tərzdə yoluna qoya bilər. Qacar hakimiyyəti isə çox qısa bir aralıqla ölkədə baş verən dalbadal iki üsyandan nəticə çıxarmaq əvəzinə, mövcud rejimlərini bir az da sərtləşdirdilər ki, bu sərtləşdirmə siyasəti də onların sonunu gətirdi. Artıq Qacarlar demək olar ki, ölkəni idarə edə bilmirdilər. Bunu ölkə əhalisi də, Avropa da anlamışdı. O zamankı İranda bu faktı anlamayan və ya anlamaq istəməyən yeganə qüvvə Qacarların özləri idi. Qacarlar hakimiyyətlərini əllərində saxlamaq üçün bütün vasitələrə əl atırdılar. Əslində isə onları, arxayın olduqları ingilis, Qacarların üsyançıları aldatdığı kimi aldatmışdı. Daha doğrusu isə bütün işləri tarixin bütün dönəmlərində ingilis hakimiyyətini və ingilis kralını öz əllərində saxlayan, o cümlədən də idarə edən yəhudilər həll etdilər.Yəhudilər bu işlərini hələ Qacarların hakimiyyəti dövründə başlatmışdılar. Belə ki, Qacar şahının altına fal yumurta qoyan yəhudilər əl altından hakimiyyətə yeni qüvvə hazırlayırdılar. Qacarların çöküşü, onlardan asılı olan və olmayan səbəblər üzündən qaçılmaz idi. Nəhayət, Xiyabaninin qaldırdığı və başçılıq etdiyi üsyanın yatırdılmasından cəmi dörd il sonra, yəni 1925-ci ildə Qacarlar və onların hakimiyyəti tarix səhnəsindən silindi. İranda hakmiyyəti Türk qardaşları ilə bölüşmək istəməyən Qacarlar, İran var-dövlətini və səltənətini hiyləgər və Türk düşmənçiliyi ilə tanınan farsa təhvil verdilər. Bu andan etibarən də İran ərazisində var olan və 1796-cı ildən hakimiyyəti sürən Qacarlar sülələsinin varlığına son qoyuldu. Ağa Məhəmməd Şah Qacarın qurduğu Türk-Qacar hakimiyyətinin sonuncu şahı isə Əhməd Şah oldu. Əslində İranda Türk-Qacar hakimiyyətinin sonunu hazırlayan farslardan da hiyləgər olan yəhudilər idi. 1925-ci ildən sonra isə yəhudilərin dəstəyi və planı üzrə İrandakı Türk-Qacar hakimiyyətinin yerinə fars Pəhləvilər gəldilər. Pəhləvi də nə pəhləvi. İlk şahları olan Rza şah ixtisasca mehtər idi. Yəhudilər bu insanı şah edənə qədər Qacarlara məxsus olan tövlələrin birində atların altını təmizləyirdi. Ona görə də nə mədəniyyəti var idi, nə mənəviyyatı. Rza şahı qısa bir zaman ərzində yəhudilər Türkə düşmən kimi yetişdirdilər. Ona görə də bu farsın hakimiyyətə gələn kimi birinci işi türkləri məhv etmək oldu. Pəhləvilərin hakimiyyətə gəlməsi ilə İran bir çöküş dönəmi yaşamışdır. Bunun ən böyük səbəbi isə yəhudi artığı olan bu pəhləvi şahının nə dövlətçilikdən, nə millətdən, nə siyasətdən anlamaması ilə yanaşı, həm də bu sülalənin həddən artıq acgöz olması idi.
Bilindiyi kimi indiki İranın cənub əraziləri tarixən Persiya adlanıb. Bu bölgələr sırf farsların yaşadığı bölgə kimi tanınır və fars torpaqları hesab edilir. Ona görə də Avropa ölkələrinin hamısında İran, uzun bir zaman ərzində Persiya adlandırılıb. Persiya adlanan ərazi isə İran ərazisinə nisbətdə çox kiçik bir ərazidir. İranın Persiya adlandırılması digər İran ərazilərinin fars torpaqları olmaması görüntüsü yaradırdı ki, (əslində elə bu belədir) bunun da qarşısını almaq lazım idi. Ölkənin Persiya adlandırılması Türk torpaqlarının sonradan işğal olunması faktını heç nədən ortaya qoymuş olurdu. Rza şah, çox qısa bir aralıqla Türklərin qaldırdığı və Qacarların sonunu gətirən üsyanlardan da xəbərsiz deyildi. Ona görə də ölkənin adı rəsmi şəkildə dəyişdirilməli idi. Bu işi isə beyni çürümüş və düşünməyin nə olduğunu bilməyən Pəhləvi şahı mehtər Rza düşünə bilməzdi. Bunu da Rzanın yerinə Rusiya və Avropadakı yəhudilər düşündülər. Onlar bu acgöz Pəhləvi şahını inandırdılar ki, ölkənin adı dəyişdirilərək İran adlandırılsa, bir daha bu ölkədə torpaq və ərazi problemləri çıxmayacaq.
Təbii ki, bu məsələdə də ən böyük zərbə bu ölkədəki Türk Toplumuna dəyəcəkdi. Türkün mövqeyi Şərqdə nə qədər zəifləyərsə, rus, yəhudi və fars bir o qədər güclənəcəkdi. Uzun illərdən bəri Avropanın, Rusiyanın və farsın yürütdüyü siyasət də məhz bundan ibarət idi. Persiyanın adının dəyişdirilməsi hamını qane edirdi. Türklərdən başqa! Ancaq onlardan söz soruşan və ya onların fikrini alan yox idi ki. Bu cür vəziyyət artıq 400 ildir ki, davam edir. Yəni, Türkün taleyini artıq 400 ildir ki, Türkdən soruşmadan həll edirlər. Qısa çək-çevirdən sonra Pəhləvilərin ən acgöz nümayəndəsi olan Rza şah, Persiyanın adının dəyişdirilməsi qərarına gəldi. Bununla əlaqədar o, rəsmi şəkildə 1935-ci ildə bütün dünya dövlətlərinə müraciət ünvanladı. Onun müraciətində bütün dünya dövlətlərindən bundan sonra onun ölkəsinin Persiya yox, İran adlandırılmasını istənirdi. Yalnız bundan sonra, yəni 1935-ci ildən etibarən bu ölkə rəsmi şəkildə İran adlandırılmağa başlanıb. Bundan sonra isə də ortaya Cənubi Azərbaycan söhbəti atılıb və haqqımız olan torpaqların böyük bir hissəsi fars torpaqları kimi göstərilməyə başlanıb.
Mehtər Rzanın şahlığı dönəmində İran oyuncaq dövlətə çevrildi. Ölkə bir təlatüm içində idi. Bu dönəmdə əslində bütün dünyada, o cümlədən də Avropada vəziyyət o qədər də qənaətbəxş deyildi. Çünki, Avropanın iki nüfuzlu dövlətində dünya ölkələrindən tamamilə fərqlənən iki qüvvə hakimiyyətdə idi. Belə ki, 1930-cu illərin əvvəllərində Almaniyada nasistlər, İtaliyada isə faşistlər hakimiyyət başına gəlmişdilər. Hitlerin və Mussolininin başçılıq etdiyi dövlətlər isə dünya hegamoniyası və dünyanı yenidən öz aralarında bölmək arzusunda idilər. Dünyanın siyasi xəritsəsində dəyişikliklərin olacağı artıq hamıya bəlli idi. Avropanın və ümumiyyətlə kapitalist dünyasının isə sözdə ən böyük rəqibi o zamankı SSRİ və onun kommunist diktatoru Stalin idi. Stalin və onun imperiyası o zamanın ən güclü dövləti olan Almaniyanın da rəqibi idi. Bunu SSRİ rəhbərliyi çox gözəl anlayırdı və ikinci dünya müharibəsi ərəfəsində Stalin bəzi tədbirlər görmək məcburiyyətində qaldı. İkinci dünya savaşının və ümumiyyətlə, qarşıda dünyada baş verəcək faciələrin səbəbkarı yenə yəhudilər idilər. İki divin, Almaniya və SSRİ-nin böyük döyüşü qaçılmaz olmuşdu. Birində yəhudi düşmənçiliyi, digərində isə yəhudi sevgisi var idi. Hitler, Almaniyanı və bütün Avropanı yəhudilərdən qurtarmağa çalışır, Stalinin imperiyasını isə yəhudilər qurmuşdu. Hitler, SSRİ ilə müharibə edəcəyindən onun qonşularını da bu işə cəlb etmək istəyirdi. Fürerin işinə o dövrdə yarayacaq olan dövlətlər isə SSRİ-nin o zamanlar ən güclü qonşuları Yaponiya və Hitlerin idealı olan Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti idi. Hər iki dövlətlə danışıqlar aparılmışdı və bu mövzuda müəyyən razılıqlar əldə edilmişdi. Hitlerin əksinə olaraq Stalin, iki dövlət arasında müharibə başlayacağı təqdirdə mümkün qədər öz qonşularını bu müharibədən kənarda saxlamaq istəyirdi. Bu arada Stalin də bekar qalmayıb, Finlandiyadan Kareliyanı almışdı. Ancaq Stalin kimi hiyləgər bir diktator bununla kifayətlənə bilməzdi. Ən çox qorxduğu qonşusu Yaponiyanı müharibədən kənarda qoya bilməyəcəyini anlayan Stalin üzünü cənuba çevirdi.
Artıq 1941-ci il idi və ikinci dünya savaşı gedirdi. Hitler bütün Avropanı qısa bir zaman ərzində çox büyük sürətlə işğal etdi. Növbə SSRİ-nin idi. Stalin cənubdan gələcək olan təhlükədən özünü sığortalamaq üçün Sovet qoşununu İran ərazisinə yeritdi. Bunun üçün onun əlində əsas da vardı. Belə ki, İran və Sovet Rusiyası arasında 1921-ci ildə bağlanan müqavilə diktatora bu hərəkəti etməyə icazə verirdi. Bu beynəlxalq müqaviləni əlində əsas tutan Stalin, sovet qoşununu çox rahatlıqla Urmiyaya qədər yeritdi. Müqavilə səbəbindən İranın mehtər şahı işğala etiraz edə bilmədi. Bu işğala dünya da susdu. Nə üçün? Ona görə ki, İranın mehtər şahı Hitlerə meylli idi və istənilən anda ona qoşula bilərdi. İranın mehtər şahı özünü daim Hitlerə bənzədib ki, bu da Stalini və Avropanı narahat etməyə bilməzdi. Stalin həm Hitlerə simpatiya duyan bir rejimi devirmək, həm də cənub sərhədlərini güvənə almaq üçün İranı işğal etdi. Sovet ordusunun İrana girməsindən dərhal sonra mehtər Rza hakimiyyətdən devrildi və sürgünə məhkum edildi. Bu dövrdə onu heç bir Avropa ölkəsinə sürgün etmək mümkün olmadığından, İranın üz qarası olan mehtər Rza Cənubi Afrikaya sürgün olundu və orada da öldü. Bundan sonra isə İranda hakimiyyətə Rzanın oğlu, Məhəmməd Rza gətirilib. Kütbeyin mehtər oğlu da özü öz sonunu gətirib.

Hazırladı: C.ÇİNGİZOĞLU

Geri dön