Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim- kitabının təqdimatı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim- kitabının təqdimatı keçiriləcək

Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim- kitabının təqdimatı keçiriləcək


Mətbuata açıqlama

Hörmətli media nümayəndələri!
Son günlərdə Milli Dirçəliş Hərəıkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sifarişi ilə və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli və həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin hazırladığı “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim” kitabı işıq üzü görüb. Həmin kitabın təqdimat mərasimi 10.06.2014-ci il tarixində saat 11.00-dan 12.00-dək Bakı şəhəri Yasaml rayonu mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Mərasimdə MDHP rəhbərliyi ilə yanaşı, ölkənin tanınmış tarixçi alimləri, millət vəkilləri, ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edəcək.
Tədbirin proqramı:
1- Giriş sözü (Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev);
2- Kitabın ümumi məziyyətləri, yazılış stukturu və xüsusiyyətləri barədə tərtibçilər haqqında (Azərbaycan Respublikası qeyri hökumət təşkilatları Forumunun prezidenti Rauf Zeyni);
3- Kitabda göstərilən siyasi şəxsiyyətlər - Səttarxan, Xiyabani, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Əbulfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev barədə (“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev);
4- Kitabda başlıca tarixi olayların xronologiyası barədə (AMEA Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dilavər Əzimli);
5- Kitabda Güney Azərbaycan ədəbiyyatına bir baxış (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli);
6- Quzüy Azərbaycan ədəbiyyatına bir baxış (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Vüqar Əhməd);
7- Kitabdakı nadir tarixi sənədlər haqqında (AMEA Z.Bünyadov adına Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, AMEA Z.Bünyadov ad. Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə);
Bütün mediya nümayəndələri dəvətlidir!
Hörmətlə:
MDHP mətbuat xidməti

Geri dön