Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var

Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var


Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var
Azərbaycanda növbəti tədris ili üçün orta məktəb və peşə liseylərində 3 000-dək vakant müəllim yerinə işə qəbul elan ediləcək. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, vakanat müəllim yerləri barədə məlumatlar iyulun 1-də açıqlanacaq.
Növbəti tədris ili üzrə 1149 nəfər müəllim iş yerlərini dəyişmək üçün elektron ərizə ilə nazirliyə müraciət edib. Onlardan 742 nəfərin ərizəsi təsdiq olunub və müsabiqəyə buraxılıb.
İş yerlərini dəyişmək istəyən müəllimlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və tarix müəllimləri üstünlük təşkil edir.

Müraciətlərin əksəriyyəti Bakı şəhərinə yerdəyişmə üçün edilib. Bununla yanaşı, iş yerinin bir rayondan digərinə dəyişdirilməsi ilə bağlı müraciətlər də kifayət qədər olub

Geri dön