Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk liseylərində oxuyan bir qrup şagirdin valideyni etiraz edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Türk liseylərində oxuyan bir qrup şagirdin valideyni etiraz edib

Türk liseylərində oxuyan bir qrup şagirdin valideyni etiraz edib


Bu gün fəaliyyəti dayandırılan türk liseylərində oxuyan bir qrup şagirdin valideyni aksiya keçirməyə cəhd edib.

Təqribən 40-a yaxın valideyn Milli Məclisin qarşısına toplaşıb. Onlar təhsili yarımçıq qalan övladlarının ən yaxşı özəl məktəblərə yerləşdiirlməsini istəyib və deputatların bu işə baxmasını tələb ediblər.

Şikayətçilərlə görüşən deputat Fəzail Ağamalı da nəvəsinin bu liseylərdə təhsil aldığını deyib. Orta məktəblərdə təhsil səviyyəsinin aşağı olduğunu deyib: "Mən heç vaxt övladlarımı dövlət məktəblərində oxutmaram. Liseydə oxuyan övladlarımı özəl məktəblərə göndərəcəm".

Valideynlər Milli Məclisdə qəbul ediliblər.

Geri dön