Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya ölkələrində ramazan nə vaxt başlayır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Dünya ölkələrində ramazan nə vaxt başlayır?

Dünya ölkələrində ramazan nə vaxt başlayır?


QMİ Qazılar Şurası bu həftənin əvvəlində ramazanın iyunun 29-da başlayacağına dair fətva vermişdi
Hər il olduğu kimi bu il də İslam dünyası ramazan ayına fərqli günlərdə başlayacaq. ANS PRESS-in xəbərinə görə, Asiya, Avropa və Amerika qitələrindəki ölkələrin əksəriyyəti ramazana bazar günü başlayacaqlar.

Asiya ölkələri arasında Yaponiya, Cənubi Koreya, Malaziya, İran, Qırğızıstan, Özbəkistanda ramazan bazar günü, yəni iyunun 29-u başlayır. Qazaxıstan, Tacikistan və Türkmənistanda yaşayan möminlər bu gündən oruc tutmağa başlayıblar.

Avropada Avstriya, Fransa, Belçika, İngiltərə və İsveçrə ramazan ayına bazar günü başlayacaq. Avropa .Müftilik Şurası isə şənbə gününün (28 iyun) ramazanın 1-i olduğunu elan edib.

Amerikada Venesuella, Braziliya, digər Latın Amerikası ölkələri, Karib dənizi hövzəsindəki ölkələrdə ramazan bazar günü başlayacaq.

Qeyd edək ki, təzə ayı açıq göslə görə bilməyən Səudiyyə Ərəbistanı rəsmiləri də ramazanın bazar günü başlayacağını açıqlayıb.

İndiyə qədər heç bir ölkədə təzə ayın görünməsi barədə xəbər yayılmayıb. Başda Türkiyə olmaqla oruc tutmağa başlayan ölkələr bəzi riyazi hesablamalar əsasında bu gün ramazanın 1-i olduğu qənaətinə gəliblər.

Xatırladaq ki, Azərbayca Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası hələ bu həftənin əvvəlində ramazanın iyunun 29-da başlayacağına dair fətva vermişdi.

Geri dön