Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə üzr istətdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Türkiyə üzr istətdi

Türkiyə üzr istətdi


İran Xarici işlər Naziri Əli Əkbər Salehidən açıqlama gəldi. Son günlər Türkiyəni təhdid edən İrandan bu dəfə dostluq mesajları gəldi...
Salehi öz çıxışında, mətbuata əks olunan Türkiyə əleyhinə çıxışlarda, bəzi maraqlı dairələrin əli olduğunu söylədi.
Bundan əlavə Nazir Salehi bildirdi ki, "İranı beynəlxalq arenada dövlət adından yalnız Dini lider Ayətullah Əli Xamneyi, prezident, xarici işlər naziri təmsil edə bilər. Bunlardan başqa, çıxış edənlərin fikirləri yalnız öz şəxsi fikirləridir. Məsuliyyətsiz və şüursuz çıxış edən bu şəxslərə lazım olan xəbərdarlığı etdik.
Əziz Türk xalqı, başda hörmətli Gül, Ərdoğan və Davutoğlu olmaqla, Türk dövlət adamları bilsin ki, İran İslam Respublikasının Türkiyəyə rəsmi baxışı dərin qardaşlıq və dostluq əsasına söykənir"

Geri dön