Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır?

Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır?


Statistik rəqəmlərə əsasən, Azərbaycanda qadınlar daha çox evlənmək məqsədi ilə oğurlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib.
Adam oğurluğu cinayətlərinin 5-i uşaq oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib.
Ümumilikdə isə Azərbaycanda qadınlara qarşı törədilən adam oğurluğu cinayətlərinin sayı azalıb. Belə ki, 2012-ci ildə Azərbaycanda qadınlara qarşı 19, 2011-ci ildə 16 adam oğurluğu cinayəti törədilib. 2012-ci ildəki adam oğurluğu hallarının 18-i, 2011-ci ildə isə 16-ı da evlənmək məqsədi ilə olub.

Geri dön