Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İŞİD qızlarımızı yoldan çıxarır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İŞİD qızlarımızı yoldan çıxarır

İŞİD qızlarımızı yoldan çıxarır


Rəsmi Ankara bəzi türklərin baş kəsmək üçün növbədə olduğunu deyir

Türkiyə baş nazirinin müavini Bülent Arınc iştirak etdiyi tədbirdə İŞİD terrorçularına qarşı xəbərdarlıq edib. ANS PRESS-in xəbərinə görə, Arınc türkiyəli gənc qızların aldadılaraq İraqa, Suriyaya aparıldıqlarını, cihad adıyla onlardan cinayət əməli üçün istifadə olunduğunu vurğulayıb.

“Quruluş məqsədlərini xilafət dövləti kimi açıqlayırlar. Amma öldürürlər, baş kəsirlər, silahdan istifadə edirlər, zorakılıq törədirlər. “Lə İlahə İləllah” deməsinə baxmayaraq məzhəbi fərqli olanlara qarşı cinayət işləyirlər. Bu cür təşkilatların Türkiyədə dəstək tapa biləcəyini ağlıma gətirməzdim. Amma son gələn məlumatlara görə, təəssüf ki, bu təşkilatın içində Türkiyədən gedənlər və baş kəsmək üçün növbə gözləyənlər var. Sayları bəlkə də çox deyil. Amma bir nəfər də olsa çoxdur. Bu necə müsəlmanlıqdır? Bu nə qədər böyük bir sapıqlıq?”

Bu təşkilatın sosial şəbəkədən effektiv şəkildə istifadə etdiyini deyən Arınc qızların da bu şəkildə aldadılaraq “cihad”a cəlb olunduqlarını bildirib.

“Soail şəbəkə vasitəsilə gənc, yeniyetmə qızlarımız münasibət yaradır, bir yolunu taparaq o biri tərəfə keçir, onlarla birlikdə bu cinayəti işləyirlər. Bir hissəsi burda yetişdirilir. Bəlkə adlarında fond olan, adları dərnək olan, adları hər hansı bir fəaliyyətdə İslami təyinatlarda gizlənmiş bəzi işlərlə yetişdirilirlər. Onlara cihad səhv öyrədilir. Bir insan, bir gənc qız necə olur ki, sosial şəbəkədə “chatlaşdığı” insanın arxasıyca ölümə gedir?”

Geri dön