Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlik Türkiyə təcrübəsini öyrənir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Nazirlik Türkiyə təcrübəsini öyrənir

Nazirlik Türkiyə təcrübəsini öyrənir


Elmi Tədqiqat və Tədris Mərkəzi ilə Türkiyənin analoji qurumu arasında razılıq əldə olunub

Azərbaycan ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ilə Türkiyənin analoji qurumu arasında qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin Nizamnaməsində və strukturunda dəyişikliklərin aparılması və təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Bu məqsədlə xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə başlanılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin müvafiq qurumlarının strukturunun, funksiya və vəzifələrinin öyrənilməsi əsasında mütərəqqi islahatların aparılması ilə bağlı layihə və təkliflər hazırlanır.
Əldə olunmuş razılaşmaya əsasən Mərkəzin əməkdaşları Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək və Sosial Müdafiə üzrə Tədris və Araşdırma Mərkəzinin (ÇASGEM) strukturu, fəaliyyəti, funksiya və vəzifələri ilə yaxından tanışlıq və təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində rəsmi səfərdə olublar.

Səfər çərçivəsində ÇASGEM ilə birgə sosial müdafiə sahəsində araşdırma və təhlillərin aparılması, nəticəsinin siyasətə yönəldilməsi və yekun olaraq siyasi təkliflərin hazırlanaraq nazirliklərə təqdim olunması, hər iki mərkəzin əməkdaşlarının ixtisaslarının artırılması istiqamətində beynəlxalq təşkilatlarla layihələrin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma əldə edilib.

Nümayəndə heyəti habelə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsində və Əməyin Mühafizəsi və Təhlükəsizliyi İnstitutunda da müəssisələrdə iş sağlığı və təhlükəsizliyi üzrə attestasiyanı həyata keçirən laboratoriyaların işləri ilə tanış olublar.

Geri dön