Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanın baş prokuroru: “Janaozen şəhərində kütləvi iğtişaşların yatırılması zamanı 10 nəfər ölüb, yaralananlar var”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Qazaxıstanın baş prokuroru: “Janaozen şəhərində kütləvi iğtişaşların yatırılması zamanı 10 nəfər ölüb, yaralananlar var”

Qazaxıstanın baş prokuroru: “Janaozen şəhərində kütləvi iğtişaşların yatırılması zamanı 10 nəfər ölüb, yaralananlar var”


Qazaxıstanın baş prokuroru Asxat Daulbayev Janaozen şəhərində baş verən kütləvi iğtişaşlar zamanı ən azı on nəfərin öldüyünü açıqlayıb.

Baş prokuror iğtişaşların yatırılması zamanı yaralananların olduğunu desə də, konkret rəqəm açıqlamayıb. Janaozen hadisələrinə həsr olunan brifinqdə çıxış edən Daulbayev şəhərdə administrasiya binasının , “Ozenmunqayqaz” şirkətinin binasının və mehmanxananın yandırılması barədə xəbərləri təsdiqləyib.

“K+” telekanalının məlumatına görə, hazırda Janaozen şəhərinə daxili qoşunlar yeridilib. Şahidlər şəhərin üzərindən vertolyotların uçduğunu və bütün mağazaların bağlandığını bildirirlər. Prezident Nursultan Nazarbayev Janaozen hadisələrinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib. Kütləvi iğtişaşların təşkili faktı üzrə cinayət işi

Geri dön